Goranboyda döyülən şəxs xəstəxanada ÖLDÜ

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Referans Media  xəbər verir ki, 3 gün əvvəl Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib.

Mübahisə zamanı E.Ağalı Ə.Əliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub (APA).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki