Hamı bundan danışır: Bu tarixdən etibarən hər şey dəyişəcək - Qərar artıq verildi...

Etibarnamənin verilməsi zamanı notariat xidməti üçün ödəniş edən vətəndaşdan sənədin ləğvi zamanı da 8 manat 50 qəpik tutulması narazılıq doğurur. Vətəndaşlar bu ödənişin hüquqi əsasını və məbləğin göstərilən xidmətin real dəyərinə uyğun olub-olmadığını sual edirlər.

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, etibarnamə veriləndə də, ləğv ediləndə də ödəniş tutulur:

“Etibarnamə veriləndə də, ləğv ediləndə də ödəniş tutulur. Çünki qanunvericilik ləğvin özünə görə deyil, ləğv üçün tələb olunan ayrıca notarial ərizənin təsdiqinə görə haqq nəzərdə tutur. Yəni rəsmi olaraq söhbət eyni xidmətə görə iki dəfə deyil, iki ayrı sənədin təsdiqinə görə ödənişdən gedir.

Bu, formal baxımdan əsaslıdır. Lakin problem ondadır ki, qanunvericilikdə birbaşa “ləğvə görə rüsum” müddəası yoxdur və bütün ödəniş “ərizənin təsdiqi” kimi kvalifikasiya olunur.

Real xərclə uyğunluğa gəldikdə isə dövlət rüsumu öz təbiətinə görə görülən işin faktiki dəyərini əks etdirmir. Bu, sabit tarif məbləğidir, konkret əməliyyatın xərci ilə ölçülmür.

Ən aydın uyğunsuzluq isə elektron ləğvdə görünür. Vətəndaş “Mobil notariat” sistemi vasitəsilə etibarnaməni avtomatik qaydada ləğv etdikdə real xərc demək olar ki, sıfırdır, amma eyni sabit məbləğ tutulur. Yəni bu ödənişin ölçüsü göstərilən xidmətin faktiki dəyəri ilə deyil, tariflə müəyyən olunur və vətəndaşın narazılığının əsas səbəbi məhz bu qopuqluqdur”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki