Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən seçilməsi münasibətilə təbrik edib.
Referans Media xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
"Biz Türkmənistanda Ermənistan Respublikası ilə bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər bundan sonra da xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək və dərinləşəcək", - deyə Berdiməhəmmədov təbrik məktubunda qeyd olunub.
O, Paşinyana möhkəm cansağlığı və respublika xalqının rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb..Publika.az
