Bərdə rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2107” markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı avtomobil və 41-BE-260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşub.
Toqquşma nəticəsində “Toyota Camry” və “VAZ-2107” markalı avtomobillər yolun kənarına çıxıb.
Qəza zamanı “VAZ-2107” markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.


