Həkimlərin DİQQƏTİNƏ – Əməkhaqqı qaydaları dəyişir

“Ölkədəki ən böyük problemlərdən biri regionlarda həkim çatışmazlığıdır”.

Referans Media  xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:

“Həkimlərimizin sayı daha çox Bakı, Sumqayıt şəhəri və Abşeron rayonundadır. Buna görə əməkhaqqı qaydalarında dəyişikliklər nəzərdə tutulur. Bununla, regionda çalışan həkimlərimiz Bakıda fəaliyyət göstərən həkimlərimizdən daha yüksək əmək haqqı alacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki