Yunanıstanda baş verən hadisə cəmiyyətdə böyük təəccüb və narazılıq yaradıb. 55 yaşlı bir şəxs atasının pensiyasını almağa davam etmək üçün təxminən iki il yarım əvvəl vəfat edən 90 yaşlı atasının cəsədini gizlədib.
Referans Media xəbər verir ki, hadisə Mora yarımadasındakı Sparta şəhəri yaxınlığında yerləşən Mistras kəndində üzə çıxıb. Polis yaşlı kişinin uzun müddət görünməməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmaya başlayıb. Araşdırma zamanı ailəyə məxsus, istifadəsiz vəziyyətdə olan otelin zirzəmisindəki dondurucuda 90 yaşlı kişinin cəsədi aşkarlanıb.
Polisin məlumatına görə, saxlanılan 55 yaşlı şəxs atasının təxminən 2,5 il əvvəl təbii səbəblərdən öldüyünü etiraf edib. O, atasının pensiyasını almağa davam etmək məqsədilə cəsədi dondurucuda saxladığını bildirib.
Hadisə ilə bağlı ilkin araşdırmalar zamanı qətl şübhəsinin olmadığı açıqlanıb. Hüquq-mühafizə orqanları 90 yaşlı kişinin təbii səbəblərdən öldüyünü ehtimal edir.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Yaşlı kişinin dəqiq ölüm səbəbinin məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra müəyyənləşəcəyi bildirilib.
Şübhəli şəxs barəsində dələduzluq, yanlış məlumat vermə və evində pnevmatik silah aşkarlandığı üçün silah qanunvericiliyini pozma ittihamları ilə hüquqi prosedur başladılıb. Məhəllə sakinləri isə yaşlı müəllimi uzun müddətdir görmədiklərini bildiriblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Yaşlı kişinin dəqiq ölüm səbəbinin məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra müəyyənləşəcəyi bildirilib.
