Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət edib. 

Referans Media xəbər verir ki, bu barədə Alyona Əliyeva sosial şəbəkə hesabında paylaşım edib. 

“8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”, - paylaşımda bildirilib.





Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki