"Fənərbaxça"nın ulduzuna İspaniyadan SÜRPRİZ TƏKLİF: Kerem Aktürkoğlu gedir?

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniyada davam etdirə bilər. "Vilyarreal" klubu "Fənərbaxça"da çıxış edən 28 yaşlı vingeri transfer siyahısına daxil edib.

Referans Media xəbər verir ki, İspaniya təmsilçisinin hücum xəttini gücləndirmək üçün Kerem Aktürkoğlunun oyununu yaxından izlədiyi bildirilir. "Vilyarreal"ın məşqçilər heyətinin futbolçunun dinamizmini və hücumdakı məhsuldarlığını müsbət qiymətləndirdiyi qeyd olunur.

Məlumata görə, La Liqa klubu yaxın zamanda "Fənərbaxça" rəhbərliyinə rəsmi təklif göndərə bilər.

Digər tərəfdən, İstanbul təmsilçisinin də futbolçunun gələcəyi ilə bağlı mövqeyi bəlli olmağa başlayıb. Kerem Aktürkoğlu gözlənilən sabit performansı nümayiş etdirə bilmədiyi üçün klub maliyyə şərtlərinin uyğun olması halında onun ayrılığına müsbət yanaşa bilər.

Beləliklə, yaxın günlərdə Kerem Aktürkoğlunun karyerası ilə bağlı mühüm qərarın verilməsi mümkündür.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki