ABŞ-dan İsrailə sərt xəbərdarlıq: Müharibəyə getməyin!

İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf ABŞ vətəndaşlarını İsrailin maraqları naminə İranla hərbi qarşıdurmaya sürüklənməyə qarşı çıxmağa çağırıb.

Qalibaf bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, ABŞ xalqının hesabına İsrailin maraqlarını müdafiə edən qüvvələr Vaşinqtona təzyiq göstərir, ölkəni qorxudur və şantaj edir.

Qalibaf Amerika vətəndaşlarını İranla hərbi eskalasiyaya müqavimət göstərməyə, həmçinin onun ifadəsi ilə desək, “qan tacirlərinin” manipulyasiyalarına uymamağa çağırıb./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki