Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü

Bakıda kişi həyat yoldaşını döyüb.

Referans Media xəbər verir ki, Xaçmaz sakini, 1999-cu il təvəllüdlü Bədəl Ağayev (soyadı şərtidir - red.) həyat yoldaşı ilə birlikdə rayondan Bakıya, qayınanasının evinə köçüb. O, həyat yoldaşı üçün kreditlə mobil telefon götürüb və krediti dayısının adına rəsmiləşdirib. Bir neçə ay keçməsinə baxmayaraq Bədəl telefonun kreditini ödəməyib. Buna görə də dayı bacısının oğlundan telefonu tələb edib. Bədəl həyat yoldaşından telefonu alıb dayısına qaytarmaq istəsə də, qadın telefonu verməyib və nəticədə ərlə arvad arasında mübahisə yaranıb. Bu zaman Bədəl həyat yoldaşının başına bir zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Bədəl saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Bədəl Ağayev 1 200 manat cərimə edilib./oxu.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki