Bir vaxtlar ekranların sevilən siması idi: Məşhur aktyorun SON HALI təəccübləndirdi - FOTO

1990-cı illərdə rol aldığı film və seriallarla geniş tamaşaçı kütləsinin rəğbətini qazanan türkiyəli aktyor Kaan Girgin illər sonra yenidən gündəmə gəlib.

Referans Media xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan 59 yaşlı aktyorun son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir reklam filmi ilə geniş kütlələr tərəfindən tanınan Kaan Girgin 1990-cı illərin populyar aktyorlarından biri olub. Həmin dövrdə ekranların tanınmış simasına çevrilən aktyorun illər ərzində necə dəyişdiyi diqqət çəkib.

Girginin son görüntülərində saçlarının seyrəkləşməsi və çəki alması nəzərə çarpıb. Onun gənclik illərindəki görünüşü ilə indiki halı arasındakı fərq sosial şəbəkələrdə müzakirə olunub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki