Görünüşündəki dəyişiklik hər kəsi təəccübləndirdi: Sən demə, səbəb bu imiş!

Türkiyəli aktrisa Gonca Vuslateri estetik müdaxilələrlə bağlı səmimi açıqlaması ilə diqqət çəkib. Aktrisa vaxtilə üzünə çoxsaylı dolğu və botoks etdirdiyini, lakin zamanla ölçünü qaçırdığını etiraf edib.

Referans Media xəbər verir ki, İzzet Çapanın proqramına qonaq olan Vuslateri bildirib ki, əvvəlki görünüşündən uzaqlaşdığını hiss etdikdən sonra üzündəki dolğuları əritdirmək qərarına gəlib.

Aktrisa keçmişdə estetik prosedurlara həddindən artıq müraciət etdiyini gizlətməyib. “Bilirsiniz, kifayət qədər dolğu və botoks etdirib özümdən keçmişdim”, – deyə Vuslateri bildirib. O, üzünün müxtəlif nahiyələrinə müdaxilələr etdirdikcə görünüşündə tarazlığı qoruya bilmədiyini söyləyib.

Vuslateri əvvəlki üz cizgilərinə qayıtmaq üçün mütəxəssisə müraciət etdiyini və ona “Əvvəlcə Gonca-ya qayıdaq, özümüzə qovuşaq” deyildiyini açıqlayıb.

Aktrisa yeni serialı “Ömür Usta”ya hazırlaşarkən üzündəki bütün dolğuları əritdirdiyini də bildirib. Yeni görünüşü ilə bağlı estetik müdaxilə etdirib-etdirmədiyi soruşulanda isə “Olan hər şeyi əritdirdim” cavabını verdiyini söyləyib.

Qeyd edək ki, Gonca Vuslateri “Ömür Usta” serialında Nevra Arıkan obrazını canlandırır. Ekran işində onunla yanaşı, Nurgül Yeşilçay və Bülent İnal da rol alır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki