Hörmüzdə gərginlik: ABŞ SEPAH qayıqlarına xəbərdarlıq etdi - VİDEO

Bu gün səhər saat 03:18 radələrində SEPAH-a məxsus bir neçə qayıq Hörmüz boğazında naməlum fəaliyyətlər həyata keçirib.

Referans Media xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Hadisədən sonra bölgədə olan ABŞ hərbi gəmisinin fars dilində radio xəbərdarlığı yaydığı bildirilir.

“İslam Respublikası boğaza nəzarət etmir. Əməliyyatı dayandırın və limana qayıdın, əks halda ABŞ Hərbi Dəniz Qüvvələri gəminizə hücum edəcək”, - deyə xəbərdarlıqda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki