İngiltərədə həddindən artıq isti hava səbəbindən qırmızı xəbərdarlıq elan edildi

İngiltərədə, o cümlədən paytaxt London daxil olmaqla bir çox bölgədə bu həftə müşahidə olunacaq həddindən artıq isti hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.

Met Office bildirib ki, London, İngiltərənin cənub, şərq və qərb Midlands bölgələri, eləcə də Wales ərazisində həftə ərzində yüksək temperatur qeydə alınacaq.

Məlumata görə, xüsusilə çərşənbə və cümə axşamı günləri İngiltərə və Uelsin böyük hissəsində təsirli olacaq isti hava dalğası zamanı temperaturun 37 dərəcəni keçəcəyi, bəzi bölgələrdə isə 38-40 dərəcəyə çatacağı gözlənilir.

Sinoptiklər xəbərdarlıq ediblər ki, yüksək temperaturla yanaşı rütubətin də artması sağlamlıq risklərini yüksəldə bilər.

Met Office qeyd edib ki, ekstremal isti hava gündəlik həyatda ciddi çətinliklər yarada bilər. Qurum ölkədə nadir hallarda müşahidə olunan bu temperatur göstəricilərinə qarşı bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib.

Qeyd edək ki, İngiltərə ötən ay da güclü isti hava dalğasının təsiri altında qalmışdı. Həmin dövrdə ölkənin bəzi bölgələrində temperatur 35 dərəcəni keçmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki