image-tel-aviv-israil-iranbackend

İran 2 tonluq döyüş başlığı olan raketlər ATDI – Təl-Əvivi BELƏ VURDU – VİDEO

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı həyata keçirilən “Doğru vəd – 4” əməliyyatının son mərhələsində 2 ton ağırlığında döyüş başlığı daşıyan raket buraxıldığını bəyan edib.

Referans Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası hərbi qurumun açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatın 37-ci mərhələsi çərçivəsində ABŞ qüvvələrinin mövqelərinə 2 tonluq döyüş başlığı ilə təchiz edilmiş “Xürrəmşəhr-4” tipli yeni raketlərlə zərbələr endirilib.

Martın 11-nə keçən gecə İranın İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr bölgədə gərginliyin kəskinləşməsindən sonra İslam Respublikasının həyata keçirdiyi ən genişmiqyaslı hücum kimi qiymətləndirilir. Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

SEPAH-ın açıqlamasında qeyd olunur ki, “Doğru vəd – 4” əməliyyatının 37-ci mərhələsi çərçivəsində ABŞ-nin Ərbildəki hərbi bazası, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının bazası, həmçinin Təl-Əviv ətrafı hədəfə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki