İran və Oman təhlükəsizlik xərclərini bölüşdürmək məqsədilə gəmiçilik üçün tariflərin tətbiqini nəzərdən keçirirlər.
Bu barədə “Al Arabiya” məlumat yayıb. Qeyd olunub ki, təşəbbüs bölgədəki kəskin böhran fonunda gündəmə gəlib.
Məlumata görə, ABŞ İran limanlarının blokadaya alındığını elan edib, Tehran isə cavab olaraq Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib. Bu isə qlobal enerji bazarında ciddi risklər yaradıb.
İddia olunur ki, danışıqlar müsbət yekunlaşacağı təqdirdə Oman Hörmüz boğazından rahat şəkildə keçə biləcək.
Bildirilir ki, Vaşinqton və Tehran arasında danışıqlar uğursuz nəticələnsə də, tərəflər hələlik qeyri-müəyyən müddətə atəşkəs rejiminə əməl etməyə davam edirlər./Globalinfo.az
