Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!

İsti havalarda avtomobildən düzgün istifadə edilmədikdə bəzi ciddi problemlər yarana bilər. Bununla belə, müasir avtomobillər yüksək temperatur şəraitində istismar üçün nəzərdə tutulub.

 
Referans Media  xəbər verir ki, bu barədə rusiyalı avtoekspert Mixail Kolodoçkin RT-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, istehsal olunan seriya avtomobilləri müxtəlif iqlim şəraitinə uyğunlaşdırıldığı üçün isti hava sürücülər üçün ciddi narahatlıq yaratmamalıdır.

 Ekspert uzun müddət avtomobili günəş altında saxlayarkən salonu günəşdən qoruyan əks etdirici ekranlardan və xüsusi örtüklərdən istifadə etməyi tövsiyə edib.

 Kolodoçkin sürücülərin tez-tez yol verdiyi təhlükəli səhvə də diqqət çəkib. O bildirib ki, qızmış avtomobilə əyləşdikdən dərhal sonra kondisionerin soyuq hava axınını birbaşa ön şüşəyə yönəltmək olmaz.

"Havanı ayaqlara, salona və ya başqa istiqamətə yönəldin. Əgər soyuq hava dərhal ön şüşəyə verilərsə, temperatur fərqindən şüşə çatlaya bilər", – deyə ekspert izah edib.

 Mütəxəssis kondisionerin temperaturunu həddindən artıq aşağı səviyyəyə endirməməyi də məsləhət görüb. Onun fikrincə, avtomobil salonundakı temperatur çöldəki havadan təxminən 5 dərəcə aşağı olmalıdır.

 "Kondisioneri +10 və ya +15 dərəcəyə qoymayın. Bu həm cihazın həddindən artıq yüklənməsinə, həm də sağlamlıq problemlərinə səbəb ola bilər", – deyə Kolodoçkin vurğulayıb./Sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki