Dənizdə son anda xilas edilən gəncdən xəbər var

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Referans Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2004-cü il təvəllüdlü oğlan hospitalizasiya olunub.

Dənizdə boğulma təhlükəsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki