İran Rusiyadan Su-35 qırıcı təyyarələri alıb və ABŞ ilə müharibə bitdikdən sonra onları almağı planlaşdırır.
Referans Media xəbər verir ki, məlumatı İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Məhəmməd Əkrəminya açıqlayıb.
İran xəbər portalı Tabnak-a verdiyi müsahibədə o, təyyarələrin hələ ABŞ ilə hərbi əməliyyatlar başlamazdan əvvəl gəlməsinin gözlənildiyini deyib. Generalın sözlərinə görə, bütün lazımi hazırlıq tədbirləri və şəxsi heyətin təlimi artıq başa çatdırılıb.
Əkrəminya həmçinin vurğulayıb ki, müharibədən sonra İran Hərbi Hava Qüvvələri daha güclü və daha yaxşı təchiz olunacaq./Musavat.com
