Nüvə doktrinası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai İran açıqlamasında nüvə doktrinası məsələsinə toxunub.

İranda zaman-zaman ölkənin əvvəlki ali rəhbəri Əli Xameneinin 2000-ci illərin əvvəllərində nüvə silahlarının hazırlanmasını və ya istifadəsini qadağan edən fətvasının yeni ali rəhbər Müctəba Xamenei tərəfindən dəyişdiriləcəyi ilə bağlı iddialar ortaya çıxırdı.

Rzai isə nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı yeni qərarın qəbul olunmadığını söyləyib.

O, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ona ünvanladığı məktubu oxuduğunu, lakin hələlik cavab vermədiyini bildirib.

“Onların üslubu dəyişib ki, bu da yaxşı əlamətdir. Bu, İran xalqının qələbəsini möhkəmləndirib”, – deyə Rzai qeyd edib./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki