Bir kisəsi 25 manata satılır: qiyməti niyə artdı? – Video

Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib.

Satıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə soğan 25 manata təklif olunur.

Satıcıların fikrincə, bahalaşmaya səbəb məhsulun azlığıdır.

Bölgələrdə də qiymət artımı olduğu deyilir. Bərdə bazarında 1 kiloqram soğanın qiyməti təxminən 60-70 qəpik arasında dəyişir.

Qırmızı soğan isə alıcılara ortalama 1 manata təklif olunur.//Xəzər TV

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki