image-gemi-1backend

İran üç dənizi bağlayır

İran üç dənizi bağlaya bilər. 

Referans Media  “Cebheinfo.az”- a istinadən xəbər verir ki, SEPAH ABŞ və Körfəz ölkələrini üç dənizdə gəmilərin hərəkətini bloklayacağı ilə hədələyib.

Qeyd edək ki, Tehran ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə beynəlxalq ticarəti dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı yayımladığı bəyanatda bildirib ki, ABŞ bölgədə “qanunsuz dəniz blokadasını” davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerlərinin təhlükəsizliyini təhdid edərsə, İran Silahlı Qüvvələri sərt addımlar atacaq.

Bəyanatda vurğulanıb ki, belə bir vəziyyətdə İran Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək.

SEPAH ABŞ-ni “təcavüzkar və terrorçu” adlandıraraq, mümkün eskalasiyanın məsuliyyətinin Vaşinqtonun üzərinə düşəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki