Volodimir Zelenski Kiyevdə İrlandiyanın Baş naziri Mihol Martin ilə görüşərək Ukraynanın qarşılaşdığı təhlükə və çağırışları müzakirə edib.
Zelenski bildirib ki, İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Baş nazir Martin Ukraynaya dəstək göstərir və ölkənin müdafiə sahəsində ehtiyaclarını yaxşı anlayır.
Onun sözlərinə görə, hazırda əsas diqqət qarşıdakı dövrdə gözlənilən təhlükələrə yönəlib:
“Biz qarşıdakı payız ərəfəsində üzləşdiyimiz təhdid və çağırışlardan danışdıq. Putin Ukraynaya qarşı yeni hücumlara, Rusiyada əlavə səfərbərliyə və müharibənin genişləndirilməsinə hazırlaşır”, – Zelenski deyib.
Ukrayna liderinin sözlərinə görə, görüş zamanı Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinə dair qərarı da müzakirə olunub.
Zelenski ölkəsinə maliyyə dəstəyi göstərən tərəfdaşlara, o cümlədən İrlandiyaya təşəkkür edib.//Globalinfo.az
