Ordu şəhərə girdi, şiddətli döyüşlər başladı – Bölgədə kaos gedir

Suriyanın şimalında fəaliyyət göstərən bir sıra ərəb qəbilələrindən ibarət ordu hissləri Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı səfərbərlik elan edib.

Referans Media xəbər verir ki, bu barədə “SANA” məlumat yayıb.

Belə ki, qəbilə qrupları SDF-nin nəzarətində olan Haseke şəhəri ətrafında qüvvələrini cəmləşdirib.  Bir sıra qüvvələr artıq şəhərə daxil olub. Bölgədə vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.

Yerli qəbilə nümayəndələri şimal ərazilərinin SDF-nin nəzarətindən çıxarılmasını və həmin bölgələrin tam şəkildə Dəməşq hökumətinin idarəçiliyinə verilməsini hədəflədiklərini açıqlayıblar. Hazırda tərəflər arasında vəziyyət diqqətlə izlənilir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki