İrandan çağırıış: “Tehran vasitəçi kimi Rusiyanı seçməlidir”

İran ABŞ və İsrail ilə silahlı münaqişəni həll etmək üçün vasitəçi kimi Rusiyanı seçməlidir. İranlı politoloq Ruhullah Modabberin fikrincə, Moskva dəfələrlə Tehranın strateji müttəfiqi olduğunu sübut edib.

Maraqlıdır, Rusiyanın vasitəçi kimi çıxış etməsi İran üçün hansı konkret üstünlüklər yarada bilər?

Referans Media  xəbər verir ki ,Siyasi şərhçi Ülviyyə Zülfüqar Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya ilə İran arasında münasibətlər yalnız siyasi deyil, həm də hərbi-texniki və strateji səviyyədə formalaşıb.

Onun sözlərinə görə, məhz bu fonda Moskvanın vasitəçi kimi çıxış etməsi Tehran üçün müəyyən fərqlilik yarada bilər:

“Rusiyanın balanslaşdırıcı rol oynamaq istəyi də var. Bundan əlavə, Rusiya üçün belə bir vasitəçilik rolu qlobal səviyyədə siyasi çəkisini artırmaq imkanı yaradar və bu səbəbdən Kremlin prosesdə maraqlı olması ehtimalı yüksəkdir. Rəsmi Moskva bu cür vasitəçiliklə beynəlxalq arenada yenidən əsas oyunçu kimi mövqeyini gücləndirməyə çalışır”.

Siyasi şərhçi əlavə edib ki, burada incə məqam da var:

“Rusiya–İran münasibətləri tam müttəfiqlik deyil, daha çox “praqmatik əməkdaşlıq” xarakteri daşıyır. Yəni Moskva öz maraqlarını hər zaman ön planda saxlayır və bu, vasitəçilik prosesində İran üçün həm üstünlük, həm də risk yaradır. Buna baxmayaraq, mövcud geosiyasi reallıqda Rusiya İrana ən real və praktik vasitəçi variantlarından biri kimi görünür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki