image-iran-dan-ateskes-sarti-saldirilarin-19641943_1296_ampbackend

İranın tək şərti diplomatik gərginliyi pik həddə çatdırdı

Yaxın Şərqdə artan gərginlik fonunda İrandan atəşkəs müzakirələrinə dair diqqət çəkən açıqlama gəlib. İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi bildirib ki, atəşkəsin reallaşması üçün tək şərt var: İrana qarşı hərbi hücumların bir daha təkrarlanmayacağına dair təminat verilməlidir.

Referans Media xəbər verir ki, Çin, Rusiya, Fransa və bəzi regional ölkələr savaşı dayandırmaq və ya atəşkəs əldə etmək üçün İranla əlaqə saxlayıb.

Kazım Qəribabadi vurğulayıb ki, İran müharibəni başladan tərəf deyil və buna görə də müdafiə tədbirlərini dayandırmayacaq: “Biz heç bir aqressiv hərəkət etmirik, yalnız özümüzü müdafiə edirik.”

İranın hərbi əməliyyatları BMT-nin Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində legitim müdafiə hesab olunur. Hücuma məruz qalan bir ölkə kimi İran müdafiə tədbirlərini davam etdirəcək.

Qəribabadi bildirib ki, atəşkəsin davamlı olması üçün tək şərt budur: “İrana qarşı hücumların bir daha təkrarlanmayacağına dair təminat verilməlidir. Əks halda, bir neçə ay sonra yenidən hücum baş verərsə, belə bir atəşkəsin heç bir mənası olmayacaq.”

Yaxın Şərqdə diplomatik əlaqələr və hərbi gərginlik davam edir, İranın bu şərti isə atəşkəs danışıqlarında həlledici rol oynayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki