İsrail təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə keçirildi

İsrail təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün hücumu ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Referans Media  xəbər verir ki, bu barədə “Ynet” mənbələrə istinadla məlumat yayıb.

İsrail rəsmiləri hesab edirlər ki, Tehran Vaşinqtonun fevralın 17-də Cenevrədə keçirilən danışıqlarda elan edilmiş tələblərinə dərhal əməl etməsə, ABŞ İrana genişmiqyaslı zərbə endirə bilər.

“Ynet” əlavə edib ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Tehranın yəhudi dövlətinə hücumlarının qaçılmaz olduğuna inanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki