Meteorologiya Baş İdarəsinin məlumatına görə, İstanbulda gözlənilən qar yağışı ilə bağlı proqnoz dəqiqləşib. Bildirilir ki, 27 dekabr şənbə günü Anadolu Yakasının yüksək ərazilərində sulu qar, 29 dekabr bazar ertəsi isə yağıntıların şəhər üzrə yayılacağı və yüksək ərazilərdə qar yağacağı gözlənilir.
Referans Media xəbər verir ki, Meteorologiya Müdirliyinin açıqlamasına əsasən, 26 dekabr cümə günündən etibarən Marmara bölgəsi soyuq və yağıntılı havanın təsiri altına girəcək. İstanbulda yağıntıların əsasən yağış şəklində olacağı, şənbə günü isə yüksək ərazilərdə sulu qara çevriləcəyi proqnozlaşdırılır.
Hava temperaturunun bölgə üzrə 5–8 dərəcə azalacağı, İstanbulda isə 0 dərəcəyədək enəcəyi bildirilir. Gecə və səhər saatlarında buzlanma və don təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olunan ərazilərdə don riskinin arta biləcəyi qeyd olunub.
