İtə oxşamaq üçün 2 milyon xərclədi - Ən böyük arzusu imiş (VİDEO)

Yaponiyada bir kişi uşaqlıq arzusu ilə gündəmə gəlib.  

Referans Media xarici mətbuata istinadən xəbər verir ki, Toko kimi tanınan kişi "it olmaq arzusu"nu gerçəkləşdirib.  

Həyatı boyu heyvanlarla, xüsusən də dördayaqlı heyvanlarla maraqlandığını bildirən Toko, sözün əsl mənasında "itə çevrilib". Belə ki, o, dördayaqlı heyvana bənzəmək üçün xərci 2 milyon yen (21 472 AZN) olan kostyum tikdirib.   

Kostyum filmlər üçün heykəllər və modellər yaratmaqla tanınan Yapon şirkəti "Zeppet" tərəfindən istehsal olunub və təxminən 40 gün ərzində hazırlanıb.

Tokonun sözlərinə görə, "it olmaq" arzusu yeni ortaya çıxan bir fikir deyil.

Uşaqlıqdan bəri dördayaqlı heyvanlarla maraqlandığını deyən yapon kişi, hətta ibtidai məktəb məzuniyyət illiyinə yazdığı məktubda bir gün it olmaq və çöldə gəzmək istədiyini də qeyd edib. 

Tokonun ən diqqət çəkən görüntüləri onun kostyumunu ilk dəfə açıq havada geyindiyi anlardır. Realistik kostyum geyinmiş Toko, parkda gəzərkən yoldan keçənlərin diqqətini çəkərək, dörd ayaq üstə yeriyir. 

Görüntülər Tokonun "YouTube" kanalında paylaşıldıqdan sonra tez bir zamanda məşhurlaşıb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki