Rüfət Quliyev "AFB Bank"dan GETDİ

"AFB Bank" ASC-nin İnformasiya texnologiyaları üzrə icraçı direktoru işdən çıxıb.

Referans Media -ın məlumatına görə, Bankın İT üzrə İcraçı direktoru Rüfət Quliyev vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Quliyev 2018-ci ildən "AFB Bank"da sözügedən vəzifədən çalışırdı.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.(plat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki