Xırdalan şəhərində yerləşən "Baku Electronics" mağazasının qarşısında piyada keçidinin bağlanması və hərəkətin məhdudlaşdırılması ilə bağlı sosial şəbəkələrdə kəskin narazılıq doğuran görüntülər yayılıb.
Şikayətçilərin bildirdiyinə görə, obyektin hər iki tərəfində artıq mövcud pilləkənlər olmasına baxmayaraq, hazırda ərazidə əlavə pilləkən quraşdırılır. Aparılan tikinti və quraşdırma işləri nəticəsində piyada keçidinin bir hissəsi tamamilə bağlanıb və vətəndaşların sərbəst hərəkəti ciddi şəkildə çətinləşdirilib.
Yaranmış vəziyyət ərazidən istifadə edən sakinlər üçün ciddi narahatlıq yaradır və haqlı narazılığa səbəb olur. Məsələ ilə əlaqədar olaraq hələlik "Baku Electronics" mağazalar şəbəkəsindən hər hansı bir mövqe açıqlanmayıb./baku.es/
