İtaliyada Etna vulkanının püskürməsi uçuşlara mane olub

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında baş verən püskürmə nəticəsində yaranan kül buludu Katanya hava limanında uçuşların müvəqqəti dayandırılmasına səbəb olub.

Referans Media xəbər verir ki, hava limanının operatoru SAC bildirib ki, Etnadan qalxan kül ətraf hava məkanına yayıldığı üçün hava limanına gələn reyslər yerli vaxtla saat 15:00-dək dayandırılıb.

Açıqlamada vəziyyətin Katanya hava limanındakı fəaliyyətə ciddi təsir etdiyi bildirilib. Sərnişinlərə hava limanına getməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmələri tövsiyə olunub.

Qeyd edək ki, Etna təxminən 3 300 metr hündürlüyü ilə Avropanın materik hissəsində ən yüksək aktiv vulkandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki