İtkin düşən şəxsin meyiti tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti kanalda tapılıb.

Referans Media  xəbər verir ki, hadisə fevralın 17-də qeydə alınıb. İtkin düşdüyü bildirilən Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Vahid Məmmədovun meyiti kəndin ərazisindəki su kanalında tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki