Kanada uzunmüddətli embarqodan sonra Türkiyə PUA-larının alınması üçün danışıqlara başlayıb.
Referans Media xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ottava daha əvvəl Türkiyə PUA-larında istifadə olunan bəzi komponentlərin ixracına məhdudiyyət tətbiq etsə də, indi müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, məhz həmin sanksiyalar Türkiyəni müdafiə sənayesində idxal əvəzlənməsini sürətləndirməyə və yerli texnologiyalara keçidi artırmağa vadar etmişdi.
Tərəflər arasında müdafiə əməkdaşlığının detalları yayda keçiriləcək NATO sammiti və payızda Türkiyəyə planlaşdırılan rəsmi səfər çərçivəsində müzakirə oluna bilər./Globalinfo.az
