Kirayə qalırsan amma axırda EV SƏNİN OLUR… – Bəs ödəyə bilmədikdə? backend

Kirayə qalırsan amma axırda EV SƏNİN OLUR… – Bəs ödəyə bilmədikdə? 

Azərbaycanda əhalinin həyat prioritetlərindən biri də şəxsi ev sahibi
olmaqdır. Hətta ölkədə vətəndaşlar gənc yaşlarda bu qayğıya düşürlər.


Ailə
qurmağı planlayan hər bir şəxs ev tapmaq, onu uyğun və münasib qiymətə almaq
kimi problemlərlə üzləşməyə başlayır. Vətəndaşların bu problemini müəyyən qədər
həll etmək və mənzil probleminə
dəstək üçün İpoteka və Kredit Zəmanət Fondu 2013-cü ildən satmaq öhdəliyi ilə
kirayə mexanizmi əsasında bazara evlər çıxarıb.

 

Bəs bu layihə 12
il ərzində nə qədər effektiv oldu? Vətəndaşlar “kirayə qaldıqları” bu evlərdə
yaşayışı istədikləri vaxt dayandıra bilərlərmi?

 

Hüquqşünas Ramil
Süleymanov Referans
-a açıqlamasında bu sualları cavablandırıb.




“Layinənin əsas
məqsədi kirayə yaşama imkanı olan şəxslərə satınalma öhtəliyi ilə kirayə mənzillərin
təqdim olunmasıdır. Həmin müqavilənin nümunə formasında göstərilib ki, şəxs
qabaqcadan 1 illik kirayə haqqını ödəyir və yerdə qalan 24 ili də aybaay növbəti
aydan ödəməyə başlayır. Qeyd edim ki, tərəflər arasında müqavilə münasibətləri
pozulduqda kirayə götürən şəxsin müqaviləni davam etdirmək üçün maddi və
texniki imkanı olmadıqda tərəflər arasındakı kirayə müqaviləsi pozulur, şəxsin
ödədiyin məbləğin heç bir hissəsi geri qaytarılmır. Belə olan təqdirdə də hər
hansı bir ödənişin geri qaytarılması qanunvericiliklər yox, müqavilə şərtlərində
nəzərdə tutulmamışdır. Müqavilə notarial qaydada bağlanılır və müqavilə münasibətlərinin
qüvvədə olduğu müddət ərzində də dəyişilməz qalır”.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki