Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ – Qarşıdakı üç gündə…backend

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ – Qarşıdakı üç gündə…

  İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Referans xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki