Anasının meyitini buna görə 10 il tualetdə saxladıbackend

Anasının meyitini buna görə 10 il tualetdə saxladı

Yaponiyada 60 yaşlı Takexisu Miyavaki 95 yaşlı anasının ölümünü ört-basdır etməkdə şübhəli bilinərək həbs edilib.

Referans xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Bildirilir ki, qadının cəsədi ölümündən on il sonra aşkar edilib.

Nəşrin məlumatına görə, bu ilin may ayında yerli dövlət qulluqçusu Miyavakinin qəribə davranışından şübhələnib. Belə ki, məmur ondan anası haqqında məlumat istəyəndə kişi cavab verməkdən imtina edib.

Şübhələ hərəkət səbəbi ilə Takexisu Miyavakinin evinə baxış keçirilib və ayayolundan ölmüş qadın meyiti aşkar edilib.

Miyavaki bu davranışını insanlarla ünsiyyət qurmaq qorxusu (sosial fobiya) ilə izah edib. Onun sözlərinə görə, bu səbəbdən anasının ölümü ilə bağlı müvafiq xidmətlərə məlumat verməyib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki