Hadrutdakı yanğın meşə massivinə keçdibackend

Hadrutdakı yanğın meşə massivinə keçdi

  İşğaldan azad edilən ərazilərdə daha bir yanğın ocağı baş verib.

Referans  “Report”a istinadən bildirir ki, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.

Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki