Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK backend

Biləsuvarın bu kəndlərinin qazı KƏSİLƏCƏK 

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Referans xəbər verir ki, Biləsuvar şəhəri, “Təyyarə Meydanı” adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.

Bu məqsədlə iyulun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, “Təyyarə Meydanı” yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki