Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Prezident Sarayında Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakı qəbul edib.
Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
***
Ukrayna nümayəndə heyəti Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
Görüş, Ukrayna və Rusiya nümayəndələrinin İstanbulda keçirəcəyi planlaşdırılan danışıqlardan öncəki diplomatik mərhələnin əsas hissəsi hesab olunur.
Qeyd olunur ki, Ankaradakı görüşdə Türkiyə tərəfini şəxsən prezident Ərdoğanla yanaşı, xarici işlər naziri, Milli Kəşfiyyat Təşkilatının rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də təmsil edir.
Ekspertlər bu görüşü danışıqlara hazırlıq və tərəflər arasında mövqelərin koordinasiyası baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirirlər. Ankara bir daha Rusiya-Ukrayna münaqişəsində neytral və təsirli vasitəçi rolunu nümayiş etdirir.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edəcək.
Ukrayna nümayəndə heyətinə 14 nəfər daxildir.