Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.
Referans xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.
Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.