AĞIR QƏZA: ölən və yaralılar var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, hadisə noyabrın 16-da saat 03 radələrində Yalama-Xudat yolunda qeydə alınıb.

Asim Muradxanov idarə etdiyi avtomobilin idarəetməsini itirərək yolun sağ kənarına aşıb.

Nəticədə sürücü Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər Şadrik Babaxanov, Rafik Arzumanov və Raik Ramazanov isə yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır./lent/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki