Türk televiziya tarixinin unudulmaz seriallarından olan Kurtlar Vadisində “Abuzer Kömürcü” və “Erdal Kömürcü” obrazlarını canlandıran Muhammed Cangören və Sefa Zengin, uzun illər sonra yenidən bir araya gəliblər.
Referans Media xəbər verir ki, serialın “istənməyən ata-oğul” obrazları ilə yadda qalan ikili, birlikdə verdikləri poz ilə sosial mediada böyük maraq yaradıb və izləyicilərə nostalji anlar yaşadıb.
“Abuzer Kömürcü” obrazına həyat verən Muhammed Cangören və oğlu “Erdal Kömürcü” rolundakı Sefa Zengin uzun fasilədən sonra kameralara birlikdə poz veriblər. Onlar eyni tərzdə geyinərək görünüşlərini təqdim ediblər.
Serialdakı sərt xarakterli “ata-oğul” ikilisini canlandıran aktyorların bu fotosu qısa müddətdə sosial mediada geniş rezonans doğurub. İzləyicilər həm serialı, həm də unudulmaz səhnələri xatırlayaraq aktiv şərhlər yazıblar.
Yenidən yan-yana görüntülənən Cangören və Zenginin son halları izləyicilərin diqqətini çəkib və xatirələri canlandırıb.
