Lənkəranda AĞIR QƏZA: Yaralılar var

Lənkəranda qəzada 3 nəfər xəsarət alıb.

Referans Media NOCOMMENT.az-ın  cənub bürosunun verdiyi xəbərə istinadən bildirir ki, hadisə Liman şəhərində baş verib. Belə ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Kia”da olan üç nəfər, Cəlilabad dayon sakinləri Vüsal Seymur oğlu Şahbazov, Sadiq Əlizamin oğlu Heydərov və Adil Camal oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alanların sözlərinə görə, hadisəyə “Kia” markalı avtomobilin sürücüsünün hərəkətdə olarkən mobil telefonla yazışması səbəb olub./

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki