2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən bir sıra sahələr üzrə xərclərin artırılması nəzərdə tutulur.
Referans Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, gələn il mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması planlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,15 % çoxdur.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlər üzrə xərclərin 645,2 milyon manat olacağı gözlənilir. Bu göstərici illik müqayisədə 2,1 % çoxdur.
Sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 916 milyon manat, səhiyyə xərclərinin isə 2 milyard 82,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu xərclər üzrə artım müvafiq olaraq 0,9 % və 2,9 % olacaq.
Səhiyyə xərclərinə icmal büdcədən isə 3 milyard 962,8 milyon manat ayrılması planlaşdırılır.
Təhsil xərclərinin 5 milyard 98,2 milyon manat olacağı nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiq olunmuş proqnozundan 1,6 % çoxdur.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərin 3 milyard 433,6 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinin 438,7 milyon manat olması gözlənilir. Bu sahələr üzrə artım müvafiq olaraq 3 % və 5,5 % təşkil edəcək.
Kənd təsərrüfatı xərclərinin 1 milyard 379,5 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5 % çoxdur.
İqtisadi fəaliyyət xərclərinin isə 8 milyard 891 milyon manat təşkil edəcəyi gözlənilir. Bu göstərici illik müqayisədə 13,2 % artım deməkdir.
Qeyd edək ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
