MARAQLI HADİSƏ! İt oğrunu parçalayıb – EV SAHİBİNƏ İSƏ CƏZA….backend

MARAQLI HADİSƏ! İt oğrunu parçalayıb – EV SAHİBİNƏ İSƏ CƏZA….

Sosial şəbəkələrdən birində vətəndaşlardan biri maraqlı paylaşım edib. Beləki, o bildirib ki, gecə saatlarında həyət evlərindən birinə oğurluq edən şəxs daxil olub. Lakin oğruu həyətə daxil olan kimi ev sahibinin iti oğruya hücüm edib. Hazırda isə oğurluq etmək istəyən şəxsin vəziyyəti ağırdır. Belə bir situasiyada baş verən bu hadisəyə görə ev sahibinin qanunla hansı məsuliyyəti var? Və yaxud ev sahibini hər hansısa bir cəza gözləyirmi?

Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Aynurəxanım Ağalarova Referans-a açıqlamasında bildirib ki, bu cür hadisələrdə hüquqi qiymətləndirmə bir neçə amildən asılıdır. Belə hallarda əsas hüquqi məsələ — ev sahibinin öz mülkiyyətini və özünü (ailəsini) müdafiə etmək hüququnun sərhədləridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Mülki Məcəlləsinə əsasən, hər bir şəxs öz mülkiyyətini, həyatını və sağlamlığını müdafiə etmək hüququna malikdir (Cinayət Məcəlləsinin 38-cu maddəsi – Son Zərurət halında müdafiə). Müdafiə tədbirləri zəruri və mütənasib olmalıdır – yəni hücumun qarşısını almağa yönəlməli, lakin həddini aşmamalıdı.

İtin hücumu hüquqi baxımdan necə qiymətləndirilir?

Hüquqşünas bildirib ki, it ev sahibinin mülkiyyətidir. Əgər oğru qanunsuz olaraq gecə saatlarında evin həyətyanı sahəsinə daxil olubsa (yəni oğurluq məqsədi ilə gizli olaraq mülkiyyətə giribsə), ev sahibi bilərəkdən itə “hücum et” əmri verməyibsə və ya heyvan özbaşına instinktiv olaraq evə girən yad şəxsə hücum edibsə, o zaman ev sahibinin cinayət və ya inzibati məsuliyyəti yaranmır. Qanuni müdafiə sərhədləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Zəruri müdafiə – bu müdafiə edən şəxsin və ya başqa şəxsin hüquqlarına qarşı yönəlmiş ictimai təhlükəli hücumun qarşısının alınması məqsədilə ona zərər vurulmasıdır.  Lakin 36.3-cü maddə bildirilir: Aşkar şəkildə mütənasib olmayan, yəni hücumun xarakteri və təhlükəliliyi ilə uyğun gəlməyən zərər vurulduqda, zəruri müdafiənin həddinin aşılması sayılır və həmin şəxsin məsuliyyəti yarana bilər. Bu halda əgər: Ev sahibi qəsdən və ağır xəsarət yetirmək niyyəti ilə hərəkət edibsə (məsələn, iti oğrunun üstünə salıb, xəsarət məqsədi ilə), Hücumun qarşısını almaq üçün başqa bir imkan olduğu halda daha sərt tədbirə əl atıbsa, onda məsuliyyət (Cinayət Məcəlləsinin 124, 126 və ya 128-ci maddələri üzrə) yarana bilər.

“Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, Əgər ev sahibi itin hücumunu idarə etməyibsə və bu instinktiv reaksiya olubsa, ev yiyəsi məsuliyyət daşımır. Bu, qanuni müdafiə halı sayılır. Əgər ev sahibi bilə-bilə itə göstəriş veribsə və ya ağır xəsarət yetirməyi planlayıbsa, bu zaman zəruri müdafiə həddini aşdığı üçün məsuliyyət yarana bilər. Bu kimi hallarda tövsiyə olunur ki, hüquqi qiymətləndirmə üçün: Hadisənin faktiki hallarının tam aydınlaşdırılması, Şahid ifadələri, kamera görüntüləri, ekspertiza rəyi və s. vacibdir”,- deyə vəkil əlavə edib.

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki