Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Referans MEDİA xəbər verir ki, Mardinin Kızıltəpə rayonunda eyni ailənin 3 üzvü başından güllələnərək öldürülüb. Ər-arvad, 5 yaşlı uşağı ilə birlikdə evlərində güllələnərək öldürülmüş vəziyyətdə tapılıb. Rayonda yerləşən çoxmənzilli binada yaşayan ailədən heç bir xəbər ala bilməyən qonşular evə giriblər.
Qonşular Mehmet K.-nı (37), həyat yoldaşı Berna K.-nı (33) və 5 yaşlı qızları Samyeli K.-nın cansız bədəni ilə qarşılaşıblar. Dərhal polisə məlumat veriblər.
Hadisə yerinə Təcili Tibbi Yardım, polis və xilasetmə qrupları sövq edilib. Cütlüyün və uşağın cəsədləri yarılma üçün Mardin Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb.
