Meğri rəisi həbs edildi

Ermənistanın Meğri bölgəsində gömrük məntəqəsinin rəisi Ovannes Əmirxanyan həbs edilib.

Bu barədə “Pastinfo” məlumat yayıb.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin 5 üzvünə qarşı cinayət təqibinin başladığı bildirilir.

Məlumata görə, onlar dövlət vəzifələrindən sui-istifadə etməkdə, vergidən yayınmaqda və buna kömək etməkdə ittiham olunurlar. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən birinin barəsində həbs qətimkan tədbiri seçilib.

Əmirxanyanın Meğri sərhəd-keçid məntəqəsinin rəisi olduğu deyilir../globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki