Mehdiabdda kişinin yıxılaraq başından aldığı xəsarətdən öldüyü məlum olub.
Referans Media xəbər verire ki, Namiq Nuruşov sərxoş vəziyyətdə yıxılıb. Nəticədə o, başından aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Abşeronda müəmmalı ölüm hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb.
İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib.
Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır./lent.az/
