Fransanın bir sıra bölgələrində davam edən meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Ölkənin cənubunda 5 region üzrə "çox yüksək", 30 regionda isə "yüksək" yanğın təhlükəsi elan olunub.
Hautes-Alpes, Var və Korsika adasında baş verən yanğınlar nəticəsində ümumilikdə 800 hektardan çox ərazi külə dönüb. Vendée bölgəsində isə alovun yayılması səbəbindən 3 minə yaxın sakin, Nant yaxınlığında isə 200 nəfər təxliyə edilib.
Bordo-Merinyak hava limanı yaxınlığında da meşə yanğını qeydə alınıb. Fransanın daxili işlər naziri Laurent Nunez bildirib ki, Merinyakda yanğının söndürülməsi zamanı 2 yanğınsöndürən həlak olub.
Fransa hökumətinin məlumatına görə, ilin əvvəlindən ölkədə 40 min hektara yaxın ərazi yanıb ki, bu da 2025-ci ilin bütün yanğın mövsümündə qeydə alınan göstəricini artıq ötüb.
